» » Xoşbəxt Yusifzadə: "AÇG-də daha böyük ehtiyatlar var"

Xoşbəxt Yusifzadə: "AÇG-də daha böyük ehtiyatlar var"


Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku daha böyük ehtiyatlara malikdir və bu yataqlarda görüləcək böyük işlər var.


ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlanması münasibətilə keçirilən tədbirdə bildirib.


Onun sözlərinə görə, indiyə qədər yataqlar blokundan 436 mln.ton neft əldə edilib: "Dünən qeyd edildiyi kimi, 500 mln. ton həcmində ilkin çıxarılmayan ehtiyat qiymətləndirilir. Amma inanıram ki, bu rəqəm də son deyil. Hələ bu yataqda gələcəkdə böyük işlər görüləcək. Onlara Azərbaycana, neftçilərə Allahdan bir hədiyyədir".


SOCAR rəsmisi həmçinin qeyd edib ki, bu yataqlarda ehtiyatların artmasına şübhə yoxdur. 

Interesting facts scroll top