» » Ziyad Səmədzadə: "Rəqabət Məcəlləsi ilə bağlı qanunvericilikdə mübahisəli məsələlər var"

Ziyad Səmədzadə: "Rəqabət Məcəlləsi ilə bağlı qanunvericilikdə mübahisəli məsələlər var"


“Rəqabət Məcəlləsinin hazırlanması ilə bağlı bu yaxınlarda Prezident Administrasiyasının rəsmisi ilə görüşüm oldu. Bu məcəlləyə dair qanunvericilikdə bir neçə mübahisəli məsələ var və bu istiqamətdə çox ciddi işlər aparılır”.


ucarliyiq.biz-in verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qurumun sədri Ziyad Səmədzadə deyib. 


Millət vəkili bildirib ki, əsas mübahisəli məqam Rəqabət Məcəlləsinin qəbulu ilə əlaqədar müvafiq orqanın yaradılıb-yaradılmamasıdır: “Bu məsələ ətrafında mübahisə gedir. Mənə elə gəlir ki, Strateji Yol Xəritəsinin monitorinqində Rəqabət Məcəlləsinin qəbulunun tezləşdirilməsi öz əksini tapıb”.

Interesting facts scroll top