» » Azərbaycan əhalisi bu il 22 mlrd. manat pul xərcləyib

Azərbaycan əhalisi bu il 22 mlrd. manat pul xərcləyib


Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri ötən ilin eyni dövründə nisbərən 2% artaraq 21,7 mlrd. manata təşkil edib.


“Report” xəbər verir ki, bunun 11 mlrd. manatı ərzaq mallarının, 10,7 mlrd. manatı isə qeyri-ərzaq mallarının payına düşüb.


Son 1 ildə əhalinin ərzaq xərcləri 1,2%, qeyri-ərzaq xərcləri isə 2,8% artıb.


Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 18,0%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,1%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.


8 ay ərzində istehlak məhsullarının 12%-i ticarət müəssisələrində, 53,1%-i fərdi sahibkarlar tərəfindən, 34,9%-i isə bazar və yarmarkalarda satılıb. İllik müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,4%, fərdi sahibkarlar üzrə 1,9 faiz, bazar və yarmarkalar üzrə 0,5% artıb.


Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və yaxud 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 141,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Interesting facts scroll top