» » Moskvada keçirilən sərgidə qondarma DQR-in bayrağının yerləşdirilməsinin qarşısı alınıb

Moskvada keçirilən sərgidə qondarma DQR-in bayrağının yerləşdirilməsinin qarşısı alınıb

Sentyabrın 11-də işə başlamış “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günündə Ermənistana məxsus stenddə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının yerləşdirilməsinə cəhd edilib.


Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.


Məlumatda deyilir ki, Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.


Qeyd edək ki, sərginin təşkilatçısı, Böyük Britaniyanın “ITE Group” şirkəti də Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib.

Interesting facts scroll top