» » Dünya Bankı qloballaşmanın ümidləri doğrultmadığı qənaətindədir

Dünya Bankı qloballaşmanın ümidləri doğrultmadığı qənaətindədir

Dünya Bankı qloballaşmanın ümidləri doğrultmadığı qənaətindədir
© Getty İmages

Maliyyə baxımından qloballaşma ümidləri tam doğrultmayıb. 


ucarliyiq.biz xəbər verir ki, bu barədə Dünya Bankının iqtisadçıları Serxio Şmukler (Sergio Schmukler) və Fakundo Abrahamın (Facundo Abraham) birgə hazırladıqları "Maliyyə qloballaşması: stəkanın yarısı boşdur?" adlı hesabatda bildirilir.


Sənədə əsasən, zəngin ölkələrdən kapitalın yoxsul ölkələrə axını çox vaxt texniki xarakter daşıyıb. İnvestisiya qəbul edən yoxsul ölkələr mütəmadi olaraq "xarici şok"larla üzləşib. İri banklar investorlar qismində əsasən maliyyə bazarlarına yatırım edib və "carry trade" kimi yüksək gəlirli əməliyyatlardan pul qazanıb. Bununla yanaşı beynəlxalq korporasiyalar vergidən yayınmaq üçün yoxsul ölkələrə investisiya qoyub.


Hesabatda həmçinin qeyd olunub ki, çox vaxt böyük investorlar böhran zamanı vəsaitlərini yoxsul ölkələrdən çıxarmaqla onlar üçün daha böyük maliyyə problemi yaradırlar.  Maliyyə qloballaşmasına baxmayaraq bir çox ölkə xarici maliyyə mənbələrindən faydalana bilmir. Xarici borclanmadan yalnız yüksək makroiqtisadi göstəricilərə və həyat səviyyəsinə sahib olan ölkələr istifadə edə bilir. 

Interesting facts scroll top