» » Bu il Azərbaycanda əsas kapitala 10 mlrd. manata yaxın pul yönəldilib

Bu il Azərbaycanda əsas kapitala 10 mlrd. manata yaxın pul yönəldilib


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 868,5 mln. manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilib.


“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 5 969,9 mln. manatı neft sektorunun, 3898,6 mln. manatı isə qeyri-neft sektorunun payına düşüb.


Ümumi sərmayənin 72,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilibr. İstifadə olunmuş vəsaitin 78,7%-i məhsul istehsalı obyektlərinin, 16%-i xidmət sahələri üzrə obyektlərin, 5,3%-i isə ümumi sahəsi 1117,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39%-ni faizini təşkil edib.


Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 69,8%, bank kreditləri 11,8%, büdcə vəsaitləri 11,8%, əhalinin şəxsi vəsaitləri 4,5%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,7% olub.


8 ay ərzində Naxçıvan MR-da 2 136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 96 şagird yerlik ümumtəhsil məktəb binası, Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolu, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Balakən rayonunda Balakən Su Elektrik Stansiyası, Gədəbəy rayonunda limonad zavodu, 35/10 kilovoltluq “Gədəbəy” elektrik yarımstansiyası, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi, Qax rayonunda 110/35/10 kilovoltluq elektrik yarımstansiyası, Saatlı rayonunda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası, Şəmkir rayonunda “Azərişıq” ASC-nin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, “Azərxalça” ASC-nin Şəmkir filialı, Zaqatala rayonunda “Bəhmətli” elektrik yarımstansiyası və s. obyektlər istifadəyə verilib.

Interesting facts scroll top