» » Vahid Əhmədov: "Azəri, Çıraq, Günəşli" yataqlar bloku üzrə imzalanan yeni saziş Azərbaycanın müstəqilliyə verilən töfhədir"

Vahid Əhmədov: "Azəri, Çıraq, Günəşli" yataqlar bloku üzrə imzalanan yeni saziş Azərbaycanın müstəqilliyə verilən töfhədir"


Ötən gün imzalanmış müqavilə ölkəmiz üçün çox əhəmiyyətlidir. 2050-ci ilə qədər həm neft hesabına, həm də dayanıqlı iqtisadiyyat hesabına Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək.


ucarliyiq.biz xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə komitənin bu gün keçirilən iclasında "Azəri, Çıraq, Günəşli" yataqlar bloku üzrə imzalanan yeni sazişi şərh edərkən bildirib.


Deputat Vahid Əhmədov çıxışında bildirib ki, dünən "Əsrin müqaviləsi"nin davamı olaraq ciddi sənəd imzalandı: "Müqavilənin Azərbaycan üçün böyük əhəmiyyəti var. Mənfəət neftində Azərbaycanın payının artırılması, SOCAR-ın AÇG-dəki iştirak payının 11,65%-dən 25%-ə qaldırılması ölkə üçün lazımlı maliyyədir. Beynəlxalq təşkilatlar, dövlətlər, maliyyə şirkətləri Azərbaycanda bu kontraktın imzalanmasında iştirak etdilər. Bu da müstəqilliyə verilən töfhədir."


O həmçinin bildirib ki, təhsil kreditləri haqqında qanun layihəsinə baxılmalıdır, həmçinin bankların sağlmalaşdırılması ilə bağlı məsələnin Milli Məclisin gündəliyində olmalıdır.


Qeyd edək ki, iclasın gündəliyinə 20 məsələ daxil edilib. Bura bir sıra sazişlərin təsdiqi barədə layihələr, Xəqani Abdullayevin AMB-nin İdarə Heyəti üzvlüyündən azad edilməsi və 12 qanun layihəsinə dəyişikliklər haqqında layihələr daxildir.

Interesting facts scroll top