» » EBRD Azərbaycan Beynəlxalq Bankından pay ala bilər

EBRD Azərbaycan Beynəlxalq Bankından pay ala bilər

EBRD Azərbaycan Beynəlxalq Bankından pay ala bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarı olmaq barədə ciddi düşünə bilər. 


ucarliyiq.biz "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə EBRD-nin Prezidenti Suma Çakrabarti bildirib. 


O, ABB-nin səhmdarı olmaq üçün əsas şərtin Bankda korporativ idarəetməyə doğru islahatların həyata keçirilməsi olduğunu bildirib. 


Bununla belə, S.Çakrabartinin sözlərinə görə, 2017-ci ildə ABB-dən pay almaq real deyil: "Bu il üçün ehtimal azdır, onlar restrukturizasiya prosesini keçməlidirlər. Biz dedik ki, gəlin baxaq siz nə edəcəksiz və biz texniki dəstək verməyə çox şad olarıq. Amma, səhmdar olmaq üçün biq həqiqətən görməliyik ki, hər şey necə dəyişir".

Interesting facts scroll top