» » "Caspian Energy Transport Forum"una qeydiyyat davam edir

"Caspian Energy Transport Forum"una qeydiyyat davam edir

Sentyabrın 20-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə "Caspian Energy Transport Forum"u keçiriləcək. ucarliyiq.biz xəbər verir ki, "Caspian European Club" və "Caspian American Club-in sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev tədbirə qeydiyyatın davam etdiyini bildirib. Onun sözlərinə görə, foruma qeydiyyat sentyabrın 19-dək açıq olacaq (http://www.caspianenergy.org/index.php/registration/item/123-caspian-energy-ict-forum-caspian-energy-transport-forum-20-09-2017).


"Forumun açılışında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, həmçinin Dövlət Dəniz Administrasiyası, "Azərbaycan Dəmir Yolları" ASC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azərbaycan Hava Yolları" (AZAL) QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və "Bakı Metropoliteni" QSC-nin rəhbər və müavinlərinin iştirakı gözlənilir", - deyə T.Əliyev söyləyib.


"Caspian Energy Forum" Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Aİ dövlətlərində ildə bir neçə dəfə keçirilir və neft, eləcə də qeyri-neft sektoru şirkətləri üçün meydan rolunu oynayır.

Interesting facts scroll top