» » Sergey Lavrov İƏT ölkələrinin səfirlərinə Moskvanın İslam aləmində əsas siyasi yanaşmalarından danışacaq

Sergey Lavrov İƏT ölkələrinin səfirlərinə Moskvanın İslam aləmində əsas siyasi yanaşmalarından danışacaq

Sergey Lavrov İƏT ölkələrinin səfirlərinə Moskvanın İslam aləmində əsas siyasi yanaşmalarından danışacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 25-də müsəlman təqvimi ilə Yeni ilin başlaması ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərlərinin şərəfinə Moskvada qəbul təşkil edəcək.


ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.


"Görüşə həmçinin Rusiya prezidentinin administrasiyasının, Rusiya Federasiyası hökumətinin, Rusiya müsəlmanlarının dini idarələrinin, Rus Pravoslav Kilsəsinin, ictimai və siyasi təşkilatların mühüm vəzifəli şəxsləri, elm və mədəniyyət xadimləri dəvət olunub", - M.Zaxarova vurğulayıb.


Onun sözlərinə görə, Rusiya XİN başçısı qonaqları salamlayacaq və müraciətində Rusiya ilə İƏT dövlətləri arasındakı əlaqələri dəyərləndirəcək.


Xatırladaq ki, Azərbaycan də İƏT üzvüdür.

Interesting facts scroll top