» » Azərbaycanda avtomobil benzini istehsalı 7% artıb

Azərbaycanda avtomobil benzini istehsalı 7% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 748,9 mln. manat olub.


“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, istehsalın dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,9% azalıb.


Hesabat dövründə 783,8 min ton avtomobil benzini istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövründən 7% artıqdır.


Bu il sentyabrın 1-nə 11 min ton avtomobil benzini ehtiyatı olub.


İlin səkkiz ayı ərzində 124,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 22,8 min ton sürtkü yağları, 130,8 min ton neft bitumu, 137,2 min ton neft koksu istehsal edilib.


Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 3,8%, sürtkü yağlarının istehsalında 3 dəfə, neft bitumunun istehsalında 16%, neft koksunun istehsalında 13% artım qeydə alınıb.


Hesabat dövründə 392,5 min ton ağ neft, 1 215,9 min ton dizel yanacağı, 252 min ton yanacaq mazutu istehsal edilib.


Ağ neftin istehsalı 5,9%, yanacaq mazutunun istehsalı 39,5%, dizel yanacağının istehsalı 18,5% azalıb. 

Interesting facts scroll top