» » Azərbaycanda AdsGarden.com rəqəmsal reklam platforması istifadəyə verilib

Azərbaycanda AdsGarden.com rəqəmsal reklam platforması istifadəyə verilib

Azərbaycanda AdsGarden.com rəqəmsal reklam platforması istifadəyə verilib

Azərbaycanda AdsGarden.com rəqəmsal reklam platforması rəsmi istifadəyə verilib.


ucarliyiq.biz xəbər verir ki, 2 ildən artıq bir müddətdə test rejimində çalışan, ölkənin əksər sayt və portallarını bir şəbəkədə birləşdirməyə nail olan AdsGarden.Com hamıya qazandırmağı vəd edir.


AdsGarden reklam verənlərlə internet resurslarını (sayt, portal, blog) bir araya gətirən avtomatlaşdırılmış reklam platformasıdır. İstənilən şirkət bu sistemə daxil olub, cəmi bir neçə dəqiqə vaxt sərf etməklə öz marka və ya məhsulunu onlarla saytda reklam edə bilər. Hər bir reklam verən öz şəxsi kabineti vasitəsi ilə həm büdcəsini, həm də reklamlarını idarə də bilir, harda nə qədər göründüyünü, klik aldığını analiz edə bilir.


AdsGarden reklam verənlərə reklamın hansı cihazlarda, hansı kateqoriyalı saytlarda görünməsindən tutmuş müxtəlif seçimlər təklif edilir. Sistem bütün beynəlxalq standart ölçüdə bannerləri dəstəkləyir.


Reklam verən istənilən büdcə ilə kampaniya yarada, istədiyi vaxt onu redaktə edə və ya dayandıra bilər. Statistik göstəricilər "real-time" olaraq təqdim edilir ki, bu da anında operativ analizlər aparmaq və daha effektiv kampaniyalar aparmaq üçün böyük imkanlar tanıyır.


Üstəlik, Facebook, Google kimi qlobal platformalarla müqayisədə qiymətlər xeyli sərfəli olmaqla yanaşı, heç kim reklam xərclərindən əlavə nə konvertasiyada pulu itirmir, nə də ayrıca ƏDV ödəməli olmur.


Sentyabr ayı ərzində AdsGarden açılış münasibəti ilə bütün reklam verənlərin büdcəsini bonus olaraq ikiyə vurur. Balansa yüklənən hər 100 manat 200 manata bərabər tutulur.


Normal girişi olan istənilən sayt AdsGarden-ə qoşulmaqla öz büdcəsini əhəmiyyətli dərəcədə artıra bilər.  Ödəmələrin də hər ayın əvvəlində vaxtlı-vaxtında edilir.


Şirkətdən bildirilir ki, AdsGarden reklam kodlarını yerləşdirən saytların trafiki heç bir halda boşuna xərclənmir: "Bu reklam pəncərələri daimi olaraq yerli və xarici reklamların trafiki ilə təmin olunur. Hər il çoxsaylı Azərbaycan şirkəti öz marka və məhsullarını ölkənin internet istifadəçilərinə reklam etmək üçün Google və Facebook kimi şəbəkələrin imkanlarından istifadə etmək məcburiyyətində qalır. Nəticədə yüz milyonlarla vəsait valyuta qismində ölkədən çıxır. AdsGarden-in əsas məqsədlərindən biri bu vəsaitlərin ölkədə qalmasında əhəmiyyətli paya sahib olmaqdır. AdasGarden yerli biznesin inkişafına da müsbət təsir göstərəcək. Tezliklə qlobal bazara da açılmağı planlaşdıran AdsGarden.Com platforması həm ölkəyə valyuta gətirməyi, həm də yerli şirkətlərin daha sərfəli şərtlərlə özünə yeni bazarlar tapmasına yardım etməyi hədəfləyib".

Interesting facts scroll top