» » Türkiyə XİN: Ankara İdlibdə Suriya razılaşmalarının həyata keçirilməsində müxalifət tərəfindən həlledici rol oynayacaq

Türkiyə XİN: Ankara İdlibdə Suriya razılaşmalarının həyata keçirilməsində müxalifət tərəfindən həlledici rol oynayacaq

Türkiyə XİN: Ankara İdlibdə Suriya razılaşmalarının həyata keçirilməsində müxalifət tərəfindən həlledici rol oynayacaq

Sentyabrın 14-15-də Astanada keçirilən Suriya üzrə danışıqlar problemin siyasi həll prosesinə təkan verib.


ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.


Qazaxıstan paytaxtı Astanada Suriya böhranının həlli üzrə danışıqların altıncı mərhələsi sona çatıb. Danışıqların yekununda Rusiya, Türkiyə və İran Suriyada, o cümlədən İdlibdə deeskalasiyazonalarının yaradılacağını elan ediblər.


"Türkiyə Suriya böhranının yalnız siyasi yolla həll edilə biləcəyindən əmindir və Astana görüşünün təkan verdiyi Suriya probleminin siyasi yolla nizamlanmasına Türkiyə güclü dəstək verməyə davam edəcək", - Türkiyə XİN-in bəyanatında deyilir.


Türkiyə XİN-dən bildiriblər ki, Astanada üç ölkə arasında əldə olunmuş razılıqlara əsasən, İdlibdə deeskalasiya zonalarının sərhədlərində bu ölkələrdən müşahidəçilər yerləşdiriləcək.


"Onların əsas məqsədi Suriya rejimi və müxalif qüvvələr arasında qarşıdurmaların qarşısını almaq, eləcə də atəşkəsin pozulması hallarını qeydə almaqdır. Nəzarət qrupuna üç ölkənin nümayəndələrinin iştirakı ilə koordinasiya mərkəzi rəhbərlik edəcək. Türkiyə zamin ölkə kimi, razılaşmalarının həyata keçirilməsində müxalifət tərəfindən həlledici rol oynayacaq", - Türkiyə XİN-dən məlumat veriblər.

Interesting facts scroll top