» » ASK prezidenti yenidən Azərbaycanı Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresində təmsil edəcək

ASK prezidenti yenidən Azərbaycanı Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresində təmsil edəcək

Minskdə (Belarus) Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi assambleyasının XI iclası keçirilib. Tədbirdə 25 ölkədən müxtəlif hökumət və biznes nümayəndələri iştirak ediblər.


ucarliyiq.biz-in Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən verdiyi xəbərə görə, Azərbaycanı tədbirdə Konfederasiyanın prezidenti Məmməd Musayev təmsil edib.


Artyom Çayka Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin prezidenti, Vasile Petru Tarlev Şura sədri, ASK prezidenti M.Musayev isə Şura sədrinin müavini seçilib. Beynəlxalq sahibkarlığın inkişafında fəal iştirakına və verdiyi töhfələrə görə M.Musayev yenidən bu vəzifəyə ən yaxşı namizəd kimi təsdiqlənib.

Interesting facts scroll top