» » "Bank VTB (Azerbaijan)" daha bir sosial layihə gerçəkləşdirib

"Bank VTB (Azerbaijan)" daha bir sosial layihə gerçəkləşdirib


“Bank VTB (Azeərbaijcan)” ASC “Ümid Yeri” sığınacağının uşaqlarına yeni tədris ilinə hazırlaşmaqda dəstək olub.


“Report” bu barədə Banka istinadən xəbər verir.


Bankın əməkdaşları uşaqların qonağı olub və uşaq evinin şagirdləri üçün gətirdikləri məktəb ləvazimatı komplektlərini onlara təqdim ediblər. I-IX sinif şagirdləri olan uşaqlara çanta, dərslik, dəftər, penal, məktəb üçün lazım olan digər ləvazimatlar və payız ayaqqabıları hədiyyə olunub.


“Sosial layihələrin reallaşdırılması xoş ənənəyə çevrilib ki, buna da "Bank VTB (Azerbaijan)" xüsusi diqqət yetirir. Biz şadıq ki, bu gün uşaqların inkişafına öz töhfəmizi verə bilirik”, - deyə Bankın İdarə Heyətinin üzvü, Risklər və monitorinq Departamentinin rəhbəri Vadim Klimenko bildirib.


Xatırladaq ki, cari ilin yanvarında “Bank VTB (Azerbaijan)” bu sığınacağın uşaqları üçün kompüter sinfi təmir edib və lazımi texnika və mebellə təmin edib.

Interesting facts scroll top