» » "Azərenerji"nin stansiyalarının qışa hazırlığını xüsusi komissiya yoxlayacaq

"Azərenerji"nin stansiyalarının qışa hazırlığını xüsusi komissiya yoxlayacaq

"Azərenerji"nin stansiyalarının qışa hazırlığını xüsusi komissiya yoxlayacaq

“Azərenerji”nin elektrik stansiyalarının 2017/2018-ci il payız-qış mövsümündə imkan gücü 5 470 MVt, pik vaxtlarında tələbat isə 3 700 MVt səviyyəsində proqnozlaşdırılır. Bunu ucarliyiq.biza qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.


Y.Babanlının sözlərinə görə, enerji müəssisələrinin payız-qış mövsümünə hazırlıq səviyyəsi cari ilin noyabr ayında “Azərenerji”nin xüsusi komissiyası tərəfindən qiymətləndiriləcək və komissiyanın qərarı əsasında enerji müəssisələrinə “Qışa hazırlıq pasportu” veriləcək:


“Azərenerji”nin elektrik stansiyaları, yarımstansiyalar, elektrik verilişi xətlərində payız-qış mövsümünə hazırlıqla bağlı yenidənqurma, əsaslı, orta və cari təmir işlərinin aparılmasına dair kompleks tədbirlər planının icrası davam etdirilir. Bunlar Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində icrası nəzərdə tutulan elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə edilməsi, elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi kimi prioritet tədbirlərin təkib hissəsidir", - deyə Y.Babanlı bildirib.


Qurumun rəsmisi deyib ki, bu ilin ötən dövrü ərzində “Mingəçevir” SES-də 330 kV-luq açıq paylayıcı qurğu və “Varvara” SES yenidən qurulub, 1,5 MVt-lıq “Balakən” və 1,6 MVt-lıq “İsmayıllı-2” kiçik SES-lər istismara verilib:


Azərbaycan” İES və “Şirvan” İES-in enerji bloklarında əsaslı təmir, ”Sumqayıt” ES-in və ”Cənub” ES-in buxar-qaz avadanlıqlarının planlı təftişi aparılıb, profilaktik baxışlar keçirilib. 405 MVt-lıq “Şimal-1” elektrik stansiyasının buxar-qaz turbinin avadanlıqlarında təftiş keçirilməsi nəzərdə tutulub. 110-500 kV-luq yarımstansiyalarda təsdiq olunmuş təmir cədvəlinə əsasən, avadanlıqların əsaslı və cari təmir işləri yerinə yetirilib, 93 ədəd transformator, 314 ədəd eleqaz açarı, 268 ədəd vakuum açarı əsaslı və cari təmir olunub. Həmçinin, yarımstansiyalarda fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların yeniləri ilə əvəzlənməsi, müasir mühafizə, idarəetmə və avtomatika panellərinin quraşdırılması işləri davam etdirilir.


"Avadanlıqlarda çatışmazlıqları müəyyənləşdirib aradan qaldırmaq üçün 130 ədəd transformator və avtotransformatorda, 377 ədəd müxtəlif tipli açarlarda, 741 ədəd boşaldıcıda, 489 ədəd gərginlik və cərəyan transformatorlarında profilaktik sınaq-yoxlama işləri aparılıb. 500 kV-luq “Abşeron” yarımstansiyasında 3 saylı avtotransformatorun yeni tikilmiş 10 kV-luq qapalı paylayıcı qurğusu istismara verilib. 110-500 kV-luq elektrik verilişi xətləri üzrə 525,7 km-dən artıq hava xətti əsaslı təmir edilib. 220 kV-luq ikidövrəli “Şimal” ES-“Zabrat” YS və “Şimal” ES-“Hövsan” YS hava xətlərinin tikinti işləri başa çatdırılmaq üzrədir", - deyə "Azərenerji" sözçüsü qeyd edib.

Interesting facts scroll top