» » Ermənistan Müdafiə Nazirliyinin idarə rəisinin adı növbəti qalmaqalda hallanır

Ermənistan Müdafiə Nazirliyinin idarə rəisinin adı növbəti qalmaqalda hallanır


Ermənistan Müdafiə Nazirliyinin polkovniki Norayr Yolçyanın adı daha bir qalmaqalda hallanır. 


ucarliyiq.biz Ermənistan KİV-inə istinadən xəbər verir ki, Nazirliyin idarə rəisinin Yerevanın mərkəzində 3.5 milyon dollara mənzil alması, hətta lift üçün də əlavə 60 min ABŞ dolları ödəməsi barədə xəbər yayılıb.


Ermənistan Müdafiə Nazirliyi isə rüsvayçılığın böyüməsindən qorxaraq dərhal açıqlama vermək məcburiyyətində qalıb. Ermənistan Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyan "Panorama.am" saytının müxbiri ilə söhbətində bunu şər-böhtan adlandırıb və guya Norayr Yolçyanla söhbət etdiyini və idarə rəisinin məsələnin məhkəmə yolu ilə həll olunmasının mümkünlüyü ilə maraqlandığını bildirib.  


Xatırladaq ki, 2013-cü ildən Ermənistan Müdafiə Nazirliyinin arxa cəbhə idarəsinin rəisi təyin edlən və kriminal hərbi siyasi rejimin rəhbəri Serj Sarqsyana yaxın münasibətləri ilə tanınan polkovnik Norayr Yolçyanın adı artıq bir neçə dəfə müxtəlif qalmaqallarda hallanıb və Ermənistan ordusunda baş vermiş korrupsiya hallarına görə mətbuatın gündəmində olub.

Interesting facts scroll top