» » Azərbaycan əhalisi bu il banklara 572 mln. manat faiz ödəyib

Azərbaycan əhalisi bu il banklara 572 mln. manat faiz ödəyib

Azərbaycan əhalisi bu il banklara 572 mln. manat faiz ödəyib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 7,6% artaraq 31 770,8 mln. manata çatıb.


“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3 269,1 manat və yaxud ayda 408,6 manat təşkil edib.


Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (təxminən 572 mln. manatı) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8%-i isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29 046,0 mln. manatlıq vəsait qalıb.

Interesting facts scroll top