» » Azərbaycanda bu il 25,5 mln. ton neft hasil olunub

Azərbaycanda bu il 25,5 mln. ton neft hasil olunub


Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan qaz kondensatı daxil olmaqla 25 572,7 min ton xam neft hasil edib.


“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 25 538,5 min tonu əmtəəlik xam neft olub.


Hesabat dövründə ölkədə 18 769,1 mln. kubmetr təbii qaz hasil olunub ki, onun da 12 059,4 mln. kubmetri əmtəəlik qaz olub.


Neft hasilatı 9,3%, əmtəəlik qaz hasilatı isə 4,1% azalıb.

Interesting facts scroll top