» » Kim Çen In: "KXDR"in məqsədi ABŞ-la hərbi balansa nail olmaqdır"

Kim Çen In: "KXDR"in məqsədi ABŞ-la hərbi balansa nail olmaqdır"


KXDR lideri Kim Çen In Yaponiyanın Hokkaydo adası yaxınlığında, Sakit okeana düşmüş, sınağı gözlənilmədən keçirilən "Xvason-12" raketinin buraxılmasına şəxsən komandanlıq edib.


ucarliyiq.biz "TASS"a istinadən xəbər verir ki, KXDR lideri Pxenyanın son hədəfinin ABŞ-la hərbi balans yaratmaqdan ibarət olduğunu bildirib. 


Qeyd edilir, raket nəzərdə tutulmuş orbit üzrə uçub və Sakit okeanda göstərilən hədəfə dəqiq düşüb. Şimali Koreya lideri vurğulayıb ki, nəticədə orta və uzaq məsafəli strateji ballistik raketinin döyüş bacarığı yoxlanılıb.


"Bizim son hədəfimiz ABŞ-la güc balansının nailiyyətindən ibarətdir", - deyə "ÇTAK" agentliyi Koreyanın Əmək partiyasının Mərkəzi Komitəsinin hərbi sənaye bölməsinin KXDR liderini müşayiət etmiş işçisinə istinadən KXDR liderindən sitat gətirib.


Onun sözlərinə görə, mühəndislər və alimlər raket sahəsinin sonrakı müasirləşdirilməsi üzərində işləməlidir. 

Interesting facts scroll top