» » Çexiyanın xarici işlər naziri yol qəzasında xəsarət alıb

Çexiyanın xarici işlər naziri yol qəzasında xəsarət alıb


Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek ölkənin cənub-şərqində baş vermiş yol qəzasında başından xəsarət alıb. 


ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, o, vertolyotla Brnodakı xəstəxanaya çatdırılıb. 


Nazir müayinə olunaraq evə buraxılıb. Polisin məlumatına görə, qəza bir neçə maşının iştirakı ilə baş verib, hadisə zamanı ümumilikdə 6 nəfər xəsarət alıb.


Qeyd edək ki, Zaoralek həmçinin Çexiya Sosial Demokratlar Partiyasının sədridir. O, 20-21 oktyabrda keçiriləcək parlament seçkiləri öncəsi təşviqat kampaniyasında iştirak edir.

Interesting facts scroll top