» » Ağ Evdə Trampla Poroşenkonun görüşünün keçiriləcəyini təsdiqləyiblər

Ağ Evdə Trampla Poroşenkonun görüşünün keçiriləcəyini təsdiqləyiblər

Ağ Evdə Trampla Poroşenkonun görüşünün keçiriləcəyini təsdiqləyiblər

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclası çərçivəsində Ukrayna prezidenti Petr Poroşenko ilə görüşəcək.


ucarliyiq.biz Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin müşaviri Herbert Makmaster brifinqdə bildirib.


O, qeyd edib ki, Tramp sentyabrın 21-də Türkiyə, Əfqanıstan və Ukrayna liderləri ilə görüşəcək. Makmaster son illər sonuncu iki ölkənin suverenliyinə qarşı hücumların olduğunu bildirib.


Xatırladaq ki, Petr Poroşenkonun Donald Trampla son görüşü iyunun 21-də baş tutub.

Interesting facts scroll top