» » "CNN"in aparıcısı Trampı zəhərləmək istəyini bildirib

"CNN"in aparıcısı Trampı zəhərləmək istəyini bildirib

"CNN"in aparıcısı Trampı zəhərləmək istəyini bildirib
© "Reuters"

Amerikalı baş aşpaz, yazıçı və "CNN" telekanalının aparıcısı Entoni Burden bildirib ki, ABŞ prezidenti Donald Trampı və KXDR lideri Kim Çen Inı zəhərləmək istəyərdi.


ucarliyiq.biz xəbər verir ki, o, bunu "TMZ" telekanalına müsahibəsində bildirib.


Kim Çen Inla Trampın barışıq süfrəsinə nə gətirəcəyi barədə suala Entoni Burden "Boliqolov", - cavabını verib.


Boliqolov bütün hissələri çox zəhərli olan bitkidir. Ehtimala görə, Sokrat məhz boliqolov şirəsi ilə zəhərlənib.


"Əlbəttə, Burden zarafat edib. Yəni biz güman edirik ki, o, zarafat edib", - deyə "Mediaite" portalı müsahibəni şərh edib.

Interesting facts scroll top