» » ABŞ-da qaradərililərin öldürülməsinin əleyhinə çıxan 13 fəal həbs edilib

ABŞ-da qaradərililərin öldürülməsinin əleyhinə çıxan 13 fəal həbs edilib

ABŞ-da qaradərililərin öldürülməsinin əleyhinə çıxan 13 fəal həbs edilib
© Courtesy image

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində məhkəmənin keçmiş polis əməkdaşı Ceyson Stoklinin qaradərili Entoni Lamar Smiti 2011-ci ildə güllələməsində təqsirsiz elan etməsi əleyhinə keçirilən etiraz aksiyasında 13 nəfər həbs edilib.


ucarliyiq.biz "TASS"a istinadən xəbər verir ki, aksiya insidentsiz ötüşüb. 


Xatırladaq ki, 2011-ci ilin dekabrında Stokli və onun həmkarı qaradərili Smiti narkotiklərin yayılmasında şübhəli bilərək saxlamağa cəhd göstəriblər.


Avtomobil təqibindən sonra Stokli avtomobildən düşərək gizlənməyə çalışan afroamerikalı Smitə 5 dəfə atəş açıb. Qaradərili aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Hadisədən sonra Stoklini kifayət qədər məlumat toplamayıb atəş açmaqda və Smiti güllələməyə tələsməkdə ittiham ediblər.

Interesting facts scroll top