» » ABŞ-da Rusiya istehsalı olan döyüş təyyarəsi sınaq zamanı qəzaya uğrayıb, pilot ölüb

ABŞ-da Rusiya istehsalı olan döyüş təyyarəsi sınaq zamanı qəzaya uğrayıb, pilot ölüb


ABŞ-ın Nevada ştatında poliqonda Rusiya istehsalı olan döyüş təyyarəsində sınaq uçuşu zamanı baş verən qəza nəticəsində pilot Erik Şults ölüb.


“Report” RİA “Novozti”yə istinadən xəbər verir ki, bu haqda hərbi bazanın məbuat xidməti məlumat yayıb.


İnformasiyaya əsasən, qəza təlim-məşq bazasından təxminən 160 km aralı, “Red Hat” məxfi tağımın fəaliyyət göstərdiyi ərazidə baş verib.


Mətbuat katibi pilotun öldüyünü desə də, təyyarənin markası, və qəza şəraiti ilə bağlı məlumat verməyib. Həmin bazada son illər Rusiya istehsalı olan “MiQ-29” və “Su-72” təyyarələrinin sınaq uçuşu keçirilir.


Qəza sentyabrın 5-də baş versə də, məlumat ötən gün yayılıb. 

Interesting facts scroll top