» » Ermənistanda donuz ətinin qiyməti 38,2 faiz bahalaşıb

Ermənistanda donuz ətinin qiyməti 38,2 faiz bahalaşıb


Cari il Ermənistanda donuz ətinin qiyməti 38,2 faiz, qoyun 15,8, mal əti isə 6,2 faiz bahalaşıb.


“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Milli Statistika Komitəsinin yanvar-iyun aylarına dair yaydığı hesabatda bildirilib.


İnformasiyaya əsasən, hesabat dövründə respublikada mal əti resursu təxminən 4 faiz, donuz əti isə 16 faiz azalıb.


Məlumata görə, Ermənistan bazarına Braziliyadan ixrac edilən donuz ətinin həcmi 80 faiz artıb. 

Interesting facts scroll top