» » İlham Şaban: “AÇG üzrə yeni müqavilə dövlətlə yanaşı SOCAR-ın da gəlirini kifayət qədər artıracaq”

İlham Şaban: “AÇG üzrə yeni müqavilə dövlətlə yanaşı SOCAR-ın da gəlirini kifayət qədər artıracaq”

İlham Şaban: “AÇG üzrə yeni müqavilə dövlətlə yanaşı SOCAR-ın da gəlirini kifayət qədər artıracaq”

 Azərbaycan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə yeni müqavilə imzalamaqla orada qalan neft ehtiyatlarının bundan sonrakı dövrdə də kommersiya baxımından sərfəli işlənməsi imkanı əldə edib.


Bunu ucarliyiq.biza açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.


“Azərbaycan və tərəfdaşları uzun illərin danışıqları nəticəsində ortaq məxrəcə gələrək nəhayət belə sənədi imzalayıblar. Heç kəs düşünməsin ki, bir tərəf kifayət qədər divident əldə edir, digər tərəf isə özünü məğlub kimi hiss etməlidir. Azərbaycan neft-qaz sənayesində xarici şirkətlər üçün münbit şərait yaratdığına görə həmişə bir örnək olub. Son 17 il ərzində AÇG-dən 125 mlrd. dollardan bir qədər artıq mənfəət əldə edilib. Birinci müqavilədə Azərbaycan hasilat başlayandan 2 ildən bir qədər artıq dövr müddətində mənfəətə çatmışdı. Hazırki müqavilə ilə Azərbaycan faktiki olaraq hasilat başlayan kimi mənfəətini almaqda davam edəcək”,- deyə o, bildirib.


Ekspertin sözlərinə görə, hasilat başlayan kimi mənfəətin alınması müqavilənin üstünlüyüdür. və yeni müqavilə ilə dövlətdən əlavə, SOCAR-ın da gəliri kifayət qədər artacaq. 


“Əvvəllər SOCAR-ın enerji layihələrinə dövlət dəstək verirdi. İndi şirkət öz layihələrini maliyyləşdirmək imkanı qazanacaq və dövləti bu yükdən azad etmiş olacaq. Dövlət isə bunun nəticəsində həmin gəlirləri digər layihələrə və qeyri-neft sektoruna yönəltmək imkanı əldə edəcək”, - deyə İ. Şaban vurğulayıb.


Ekspert həmçinin qeyd edib ki, AÇG-dən indiyə qədər hasil olunmuş mənfəət neftinin satışından Azərbaycan Dövlət Neft Fonduna 125 mlrd. dollardan çox vəsait daxil olubsa, növbəti müddətdə bu vəsait 150 mlrd. dollardan az olmayacaq: “Baxmayaraq ki, növbəti müddətdə neftin maya dəyəri artacaq, mma hesab edirəm ki, AÇG üzrə mənfəət neftinin satışından ARDNF-ə daxil olan vəsaitin həcmi 150 mlrd. dollardan az olmayacaq. Bəlkə də daha çox vəsait olacaq. Burada təbii ki, hər şey neftin qiymətindən asılıdır". 

Interesting facts scroll top