» » Rusiya Bankı ölkədən kapital axını ilə bağlı proqnozunu yaxşılaşdırıb

Rusiya Bankı ölkədən kapital axını ilə bağlı proqnozunu yaxşılaşdırıb


Rusiya Bankı (Mərkəzi Bankı) 2017-2020-ci illərdə ölkədən kapital axını ilə bağlı proqnozunu yaxşılaşdırıb.


“Report” xəbər verir ki, bu barədə qurumun pul-kredit siyasəti barədə hesabatında bildirilir.


Hesabata əsasən, bu il ölkədə kapital axını 17 mlrd. ABŞ dolları, 2018-2020-ci illərdə isə 10 mlrd. dollar təşkil edəcək.


Xatırladaq ki, Rusiya Bankının sədri Elvira Nabiullina iyunda verdiyi açıqlamada bildirmişdi ki, 2017-ci ildə ölkədə 37 mlrd. dollar, 2018-ci ildə 14 mlrd. dollar, 2019-cu ildə isə 8 mlrd. dollar pul çıxacaq. 

Interesting facts scroll top