» » London metrosunda terror aktı törətməkdə şübhəli bilinən gənc saxlanılıb

London metrosunda terror aktı törətməkdə şübhəli bilinən gənc saxlanılıb


Böyük Britaniyanın paytaxtı Londonda metroda törədilən terror aktıına görə 18 yaşlı oğlan saxlanılıb.


“Report” “Sky News”a istinadən xəbər verir ki, bunu London Böyük şəhər Bələdiyyəsinin polis komissarının müavini Nil Basu bildirib.


“Bu gəncin saxlanılması istintaqın gedişi üçün çox böyük uğurdur. Əldə edilən nailiyyətə baxmayaraq, istintaq davam edir. Vəziyyət gərgin olaraq, qalmaqdadır”, - deyə Nil Basu vurğulayıb.


Məlumata görə, Duvr liman şəhərində saxlanılan gənc London Polis İdarəsinə təhvil verilib. 

Interesting facts scroll top