» » Azərbaycanda minik avtomobilləri illik müqayisədə 10%-yaxın bahalaşıb

Azərbaycanda minik avtomobilləri illik müqayisədə 10%-yaxın bahalaşıb


Bu ilin avqust ayında Azərbaycanda minik avtomobillərinin qiyməti iyul ayı ilə müqayisədə orta hesabla 0,5% artıb. 


ucarliyiq.biz bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 


Məlumata görə, illik müqayisədə isə maşınlar 9,7% bahalaşıb. 


Ötən ay minik avtomobillərinin ehtiyat hissələri də aylıq müqayisədə 0,1%, illik müqayisədə isə 13% bahalaşıb. Ölkədə satılan velosipedlərin qiyməti isə aylıq 0,4%, illik isə 14,8% artıb. 

Interesting facts scroll top