» » Rusiya Belarusa 700 mln. dollar borc verib

Rusiya Belarusa 700 mln. dollar borc verib

Rusiya Belarusa 700 mln. dollar borc verib

Belarus Rusiyada 700 mln. ABŞ dolları məbləğində kredit alıb.


“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, vəsait ötən gün Belarusun Maliyyə Nazirliyinin hesabına köçürülüb.


Rəsmi Moskva Minskə borc vermək barədə ilkin qərarı bu ilin yazında qəbul edib. İyunda isə Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak bəyan edib ki, kreditin ayrılmasına dair siyasi qərar artıq var və pul köçürməsi ilə bağlı texniki işlər görülür.


Rusiya hökumətinin ötən ay təsdiq etdiyi razılaşma layihəsinə əsasən, Belarusa borc 10 il müddətinə verilib. Sözügedən vəsait rəsmi Minskin Moskva qarşısındakı öhdəliklərini yenidən maliyyələşdirmək məqsədi ilə təqdim olunub.


Belarus Rusiyaya borcunu qaytarmağa gələn ildən başlayacaq və ildə 2 dəfə - aprel və oktyabr aylarında ödəniş edəcək. Ödənişlər tədricən artacaq. Artım illik 2,5%-dən başlayaraq 2027-ci ilə qədər 9,5% təşkil edəcək.


Xatırladaq ki, bu il, aprelin 11-də Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, ölkəsi Belarusa 1 mlrd. dollara qədər beynəlxalq kreditin ayrılması üzərində işləyir. Məqsəd Belarusun döblət büdcəsinə və ödəniş balansına dəstək verməkdir. 

Interesting facts scroll top