» » Slovakiyada təyyarə qəzaya uğrayıb, bir nəfər ölüb

Slovakiyada təyyarə qəzaya uğrayıb, bir nəfər ölüb


Şənbə günü Slovakiyanın Pryevidza şəhərindəki aerodromunda "Zlín Z-37 Čmelák" tipli birmühərrikli təyyarə nümunəvi çıxışlar zamanı qəzaya uğrayıb. Nəticədə bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.


ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə respublikanın "təcili yardım" xidmətinin nümayəndəsi Yozef Minar məlumat verib.


Hadisə yerli aerodromda açıq qapı günü çərçivəsində nümunəvi aviauçuşlar zamanı tamaşaçıların gözü qarşısında baş verib.

Interesting facts scroll top