» » Təxirə salınmış Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşib

Təxirə salınmış Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşib


Ötən gün Təxirə salınan Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşib.


ucarliyiq.biz xəbər verir ki, AZAL-ın yerinə yetirəcəyi "J2 008" saylı təyyarə reysi sentyabrın 17-si 18:05-də Bakıdan Londona yola düşəcək.


Təyyarə əks istiqamətdə isə sentyabrın 18-i saat 06:35-də havaya qalxacaq.


"J2 008" saylı təyyarə sentyabrın 16-sı axşam saatlarında Bakıdan Londona uçmalı və sentyabırn 17-si gecə saat 01:05 radələrində isə geri qayıtmalı idi. Lakin təyyarənin sənədlərində yaranan problem səbəbindən hər iki istiqamətdə uçuş təxirə salınıb.


AZAL bütün sərnişinlərin yerləşmə, qalma və qidalanma xərclərini təzminat olaraq öz üzərinə götürüb.

Interesting facts scroll top