» » Yaponiyada güclü tayfun səbəbindən 600-ə yaxın aviareys təxirə salınıb

Yaponiyada güclü tayfun səbəbindən 600-ə yaxın aviareys təxirə salınıb

Yaponiyada güclü tayfun səbəbindən 600-ə yaxın aviareys təxirə salınıb

Yaponiya aviaşirkətləri ölkəyə yaxınlaşmaqda olan güclü "Talim" tayfunu səbəbindən reyslərin cədvəlində dəyişiklik etmək məcburiyyətində qalıblar.


ucarliyiq.biz xəbər verir ki, yerli NHK telekanalının məlumatına görə, hazırda 570-dən çox reys təxirə salınıb.


Bundan əlavə, tayfun keçib gedənə qədər Kumamoto və Kaqosimo şəhərləri arasında ekspresslərin hərəkəti dayandırılıb.


Ölkənin şimal-şərqində yerləşən bir sıra regionların sakinləri xüsusi hazırlanmış yerlərə təxliyyə olunublar.

Interesting facts scroll top