» » Parisdən Londona uçan təyyarədə geniş yoxlama aparılır

Parisdən Londona uçan təyyarədə geniş yoxlama aparılır


Bazar günü Parisin Ruassi - Şarl de Qoll adına hava limanından Londonun Hitrou aeroportuna uçmalı olan "British Airways" aviaşirkətinə məxsus təyyarədə təhlükəsizlik məqsədi ilə geniş yoxlama aparılır.


ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Paris hava limanının bəyanatında bildirilir.


"BA303 reysi: əlavə təhlükəsizlik yoxlaması aparılır", — deyə bəyanatda qeyd olunub.


Əlavə tədbirlərə nəyin səbəb olduğu barədə məlumat verilmir.


Şahidlərin məlumatına görə, təyyarəyə minən sərnişinlər şəxsi yoxlamadan keçirlər, onların əl baqajları isə kinoloqlar tərəfindən itlərlə yoxlanılır.

Interesting facts scroll top