» » Pakistanda partlayış törədilib: ölənlər var

Pakistanda partlayış törədilib: ölənlər var


Pakistanda baş vermiş partlayışda 7 nəfər həlak olub.


ucarliyiq.biz "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.


Məlumatda qeyd olunur ki, hadisə ölkənin şimal-qərbində, Bacaur rayonunda qeydə alınıb. Ölənlərdən 5-nin təhlükəsizlik qüvvələrinin əməkdaşı olduğu bildirilir.


Qeyd olunur ki, yola quraşdırılmış partlayıcı qurğu təhlükəsizlik qüvvələrinin avtomobili ərazidən keçərkən işə düşüb. Ölənlər arasında hökumət məmuru da var.

Interesting facts scroll top