» » Türkiyə-Suriya sərhədində tikilən səddin inşası tamamlanır

Türkiyə-Suriya sərhədində tikilən səddin inşası tamamlanır

Türkiyə-Suriya sərhədində tikilən səddin inşası tamamlanır

Türkiyə Suriya ilə sərhəddə tikilən 828 kilometrlik modul səddin inşasını sentyabrın sonlarında başa çatdıracaq.


“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, divarın tikintisinin başa çatmasına 97 km qalıb.


İnformasiyaya əsasən, hazırda tikinti işləri ölkənin cənubunda yerləşən Hatay əyalətində gedir. Bu ərazi dağlıq olduğundan işləri tez başa çatdırmaq nəzrərdə tutulub.


Qeyd edək ki, iki ölkə arasında sərhədin uzunluğu 911 km-dir. Onun 828 km-də beton divar çəkmək planlaşdırılıb.


Məlumata görə, divar beton blokdan ibarətdir. Hər blokun çəkisi 7 ton, eni 2 metr, hündürlüyü isə 3 metrdir. Divarın tikilməsində əsas məqsəd Suriyadan terrorçuların və qaçaqmalçıların Türkiyə ərazisinə girməsinin qarşısını almaqdır. İki ölkə arasında sərhədin təhlükəsizliyini təmin etmək məqsədilə əlavə tədbirlər də görülüb. Bu məqsədlə sədd tikanlı məftillə gücləndirilib, orada müşahidə qüllələri quraşdırılıb və yaxınlıqda təcili reaksiya gücləri dislokasiya olunub.

scroll top