» » Bu gün Almaniyada parlament seçkiləri keçiriləcək

Bu gün Almaniyada parlament seçkiləri keçiriləcək


Bu gün Almaniya parlamenti - Bundestaqa yerlər uğrunda seçkilər keçiriləcək. 


ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, seçkilərin nəticəsində yeni hökumət formalaşacaq, yeni kansler təyin ediləcək.


Hazırkı kansler, XDİ/XSİ partiyasının sədri Angela Merkel yenidən bu postu tutmağa ən real namizəd sayılır.


Seçkilərdə 61.5 milyon almaniyalı iştirak edəcək. Onlardan üçdə biri poçt vasitəsi ilə səsvermə hüququndan istifadə edəcək. Seçici səsləri uğrunda 42 partiya mübarizə aparacaq. 


Səsvermə məntəqələri səhər saat 08:00-dan 18:00-dək açıq olacaq. (Bakı vaxtı ilə saat 10:00-dan 20:00-dək).

scroll top