» » Azərbaycan helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub

Azərbaycan helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub


Gürcüstan hökümətinin müraciətinə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə sentyabrın 23-də helikopter göndərib.


ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri yanğınsöndürmə əməliyyatına başlayıb.

scroll top