» » Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
© REUTERS/ Sergei Karpukhin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladmir Putinlə telefon danışığı olub.


“Report” Haber7-yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.


Prezidentlər ikitərəfli əlaqləri, bölgədəki vəziyəti müzakirə ediblər. Məlumata görə, onlar İraqın şimalındakı yerli hökumətin təşəbbüsü ilə keçirilən “referendum”, İraq və Suriyanın ərazi bütövlüyündən də danışıblar.


Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri sentyabrın 28-də Ankarada bölgədəki vəziyyət başda olmaqla bir sıra məsələləri geniş şəkildə müzakirə edəcəklər. 

scroll top