» » İran və Qazaxıstan Xəzərdə yeni gəmiçilik şirkəti yaradıb

İran və Qazaxıstan Xəzərdə yeni gəmiçilik şirkəti yaradıb


İran və Qazaxıstan ikitərəfli ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə birgə gəmiçilik şirkəti yaradıb. ucarliyiq.biz-in "Bnews.kz" saytına istinadən verdiyi məlumata görə, bu barədə "İran Gəmiçilik Yolları" şirkətinin icraçı direktoru Mühəmməd Səidi bildirib.


M.Səidinin sözlərinə görə, gəmiçilik şirkəti Mərkəzi Asiyanı İranın cənub rayonları ilə birləşdirəcək. Şirkətin baş ofisi İranın Ənzəli liman şəhərində yerləşəcək. Həmçinin, Aktau şəhərində nümayəndəliyi açılacaq.


Qeyd edək ki, bu barədə ötən ilin aprel ayında Qazaxıstan prezidentinin İrana səfəri çərçivəsində müvafiq sənəd imzalanıb.


"Worldmaritimenews.com" ixtisaslaşmış dənizçilik agentlik yazır ki, yeni gəmiçilik şirkəti Xəzər dənizi regionunda dəniz daşımalarını asanlaşdırmağa, İranın cənub limanları və MDB ölkələri ilə terminallar, kompleks daşınmaların idarə edilməsində birgə əməkdaşlığa, liman terminalının tikintisi, habelə İranla Qazaxıstan arasında gəmiqayırma sənayesinə sərmayələrin yatırılması məqsədlərinə xidmət edəcək.

scroll top