» » Gürcüstan parlamenti yenilənmiş konstitusiyanı təsdiq edib

Gürcüstan parlamenti yenilənmiş konstitusiyanı təsdiq edib


Gürcüstan parlamenti üçüncü, sonuncu oxunuşda ölkə Konstitusiyasına düzəlişləri 117 lehinə, 3 əleyhinə səs olmaqla təsdiq edib. 


Bu barədə ucarliyiq.biz Gürcüstan KİV-inə istinadən xəbər verir.


"Bu gün ölkənin uzunmüddətli demokratik inkişafını təmin edəcək dövlət sistemi yaratmaq üçün əsas olacaq tarixi qərar qəbul etdik", - səsvermədən sonra Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bildirib.


O, səsvermədə iştirak edən hər kəsə təşəkkür edib.


Gürcüstan parlamentindəki üç müxalifət partiyasından ikisi - "Vahid Milli Hərəkat" və "Avropa Gürcüstanı - azadlığa doğru hərəkət" partiyaları prosesə qatılmaqdan imtina edib.


Eyni zamanda Kutaisidə parlament binası qarşısında "Vahid partiyalı konstitusiyaya "yox" deyirik" şüarı ilə etiraz aksiyası keçirilir. Aksiyanı parlament və qeyri-parlament müxalifətinin təmsilçiləri təşkil edib.


"Parlamentdə baş verənlər utancvericidir. Bu, ölkənin maraqlarına zidd olan və onun inkişafına mane olan konstitusiya olacaq", - Milli Demokratik Partiyanın lideri Baçuki Kardava vurğulayıb.

scroll top