» » Qazax və Şəkidə gənclər üçün təlimlər keçirilib

Qazax və Şəkidə gənclər üçün təlimlər keçirilib


Ötən gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar, bu gün isə Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı Peşə Məktəbində gənclər üçün treninqlər keçirilib.


İqtisadiyyat Nazirliyindən ucarliyiq.biza daxil olan məlumata görə, "Marketinq", "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası", "Biznes ideyanı yarat", "Biznes planların hazırlanması", "Öz biznesinə başla" mövzularını əhatə edən treninqlərdə marketinq, bazar araşdırmalarının aparılması, biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes plan, prioritet biznes istiqamətləri, investisiya təşviqi sənədini alan sahibkarlara texnikanın idxalı üçün təsdiqedici sənədin verilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.


Tədbirlərdə iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə də məlumatlandırılıb.

scroll top