» » Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin oğlu nazir müavini təyin olunub

Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin oğlu nazir müavini təyin olunub


Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi və sabiq müdafiə naziri Muxtar Altınbayevin oğlu Müslim Altınbayev müdafiə nazirinin müavini təyin olunub.


“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin Mətbuat xidməti məlumat yayıb.


Müslim Altınbayev Qazaxıstan Təhlükəsizlik Şurasında Hərbi təhlükəsizlik və müdafiə şöbəsinin müdiri işləyib. O, 1966-cı il yanvarın 19-da Qazaxıstanın Karaqanda şəhərində doğulub. Müslim Altınbayev Rusiyanın Stavropol Ali Aviasiya Məktəbini, Rusiya Müdafiə Nazirliyinin Hərbi-Diplomatik Akademiyasını, ABŞ Silahlı Qüvvələri Milli Müdafiə Universitetini bitirib.


Qeyd edək ki, Muxtar Altınbayev 1945-ci ildə doğulub. O, 1996-1999-cu illərdə və 2001-2007-ci illərdə müdafiə naziri, 2007-2010-cu illərdə Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi işləyib.  

scroll top