» » Azərbaycanda iki yeni sığorta brokerinə müddətsiz lisenziya verilib

Azərbaycanda iki yeni sığorta brokerinə müddətsiz lisenziya verilib

Azərbaycanda iki yeni sığorta brokerinə müddətsiz lisenziya verilib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta agenti fəaliyyətinə "Nikoyl Lizinq Kompaniyası" MMC-yə verilmiş 1 iyun 2009-cu il tarixli, "Atəşgah Sığorta Agentliyi" MMC-yə verilmiş 1 iyun 2009-cu il tarixli, "İnteqral" QSC-yə verilmiş 19 oktyabr 2012-ci il tarixli lisenziyaları ləğv edib.


MBNP-dan ucarliyiq.biza bildirilib ki, bu qərarlar lisenziya sahiblərinin könüllü müraciətləri əsasında “Sığorta fəaliyyəti haqqında” qanun və Palatanın nizamnaməsinə müvafiq olaraq qəbul edilib.


Bununla yanaşı, “Sığorta fəaliyyəti haqqında” qanuna müvafiq olaraq "Sizin sığorta brokeri" və "Avand Sığorta Brokeri" MMC-lərə sığorta brokeri fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

scroll top