» » "Başak-İnam" sığorta şirkətinə verilmiş lisenziya ləğv edilib

"Başak-İnam" sığorta şirkətinə verilmiş lisenziya ləğv edilib

"Başak-İnam" sığorta şirkətinə verilmiş lisenziya ləğv edilib

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının bugünkü qərarı ilə "Başak-İnam Sığorta Şirkəti" ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.


MBNP-dan ucarliyiq.biza verilən məlumata görə, Palata tərəfindən qeyd olunan qərar "Başak-İnam" sığorta şirkətinin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.


Lisenziyası ləğv olunmuş "Başak-İnam" sığorta şirkətinə MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. 

scroll top