» » Dağıstanda hökumət tam tərkibdə istefaya göndərilib

Dağıstanda hökumət tam tərkibdə istefaya göndərilib

Dağıstan Respublikası başçısının səlahiyyətlərini icra edən Vladimir Vasiliyev hökuməti tam tərkibdə istefaya göndərib.


“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə respublika başçısının administrasiyasından bildirilib.


Onlar tutduqları vəzifədə səlahiyyəti müvəqqəti olaraq icra edəcəklər.


Qeyd edək ki, oktyabrın 3-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Ramazan Abdulatipovun istefa ərizəsini qəbul edib. “Vahid Rusiya” Fraksiyasının rəhbəri Vladimir Vasiliyev onun səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək. 

scroll top