» » Çindən sonra Avropa da kriptovalyutaların IPO-suna qadağa qoymağa hazırlaşır

Çindən sonra Avropa da kriptovalyutaların IPO-suna qadağa qoymağa hazırlaşır

Çindən sonra Avropa da kriptovalyutaların IPO-suna qadağa qoymağa hazırlaşır
© Michael H. Sterzenbach/Goodstock

Avropa Mərkəzi Bankı (ECB) kriptovalyutaların ilkin emissiyasına (IPO) qadağa qoymağı müzakirə edir.


ucarliyiq.biz "Haberler" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Avstriyanın həftəlik "Trend" jurnalına bu ölkənin Mərkəzi Bankının rəhbəri və ECB-nin idarə heyətinin üzvü Evald Novotnı bildirib.


Novotni açıqlamasında qeyd edib ki, bitkoin kimi virtual valyutalar çox təhlükəlidir. O, virtual valyutaların Avropada IPO-sunun qadağan olunması barədə sualı da cavablandırıb: "ECB-də bununla əlaqədar sərt qanuni məhdudiyyətlər qəbul olunacaq".


Xatırladaq ki, bir müddət əvvəl Çin Mərkəzi Bankı (PBOC) rəqəmsal valyutaların IPO-sunun qanundankənar olduğunu və bununla bağlı təbliğedici fəaəliyyətlərin dayandırılacağını bildirib. PBOC-un yaxın vaxtlarda bütün kriptovalyutaların Çində istifadəsinin və ticarətinin qadağan olunacağını təklif edəcəyi bildirilir. Bank kriptovalyutaların normal pullara ekvivalent dəyərə sahib olmayacağını qeyd edib. 

scroll top