» » “Azəristiliktəchizat” tender keçirir

“Azəristiliktəchizat” tender keçirir

“Azəristiliktəchizat” tender keçirir

“Azəristiliktəchizat” ASC istilik təchizatı təsərrüfatlarında “Maz”, “Zil”, “Kamaz”, “MTZ”, “Hidromek”, “Qazel” markalı avtomaşınlar və xüsusi texnika üçün ehtiyat hissələrinin, servis xidmətlərinin (lot-1), istilik təchizatı obyektləri üçün müxtəlif təyinatlı mal-materialların (lot-2) və istilik şəbəkələrində qəza-təmir və yenidənqurma işlərindən sonra asfalt örtüyünün bərpasının (lot-3) satın alınması məqsədi ilə açıq tender elan edib.


“Report” xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 100 manatdır.


İddiaçılar sənədləri noyabrın 7-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 17-nə qədər səhmdar cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 3 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Rafiq Əliyevdir. (tel.: (012) 579 52 98.


Təkliflərə noyabrın 20-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəyə, maliyyə vəziyyətinə, aşağı qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensialın mövcudluğuna üstünlük veriləcək.

scroll top