» » Suriya ordusu daha bir vilayətdə İŞİD-ə qarşı əməliyyatı başa çatdırıb

Suriya ordusu daha bir vilayətdə İŞİD-ə qarşı əməliyyatı başa çatdırıb

Suriya ordusu daha bir vilayətdə İŞİD-ə qarşı əməliyyatı başa çatdırıb
© Vebus.ru

Suriya hərbçiləri ölkənin Homs vilayətinin şərqində İŞİD terror qruplaşmasına qarşı əməliyyatı başa çatdırıb.


ucarliyiq.bizun məlumatına görə, bu barədə hərbi mənbəyə istinadən "SANA" xəbər verib.


Xəbərdə qeyd olunur ki, Suriya ordusunun bölmələri Homs vilayətinin şərqində İŞİD-in son birləşməsini məhv edərək 1800 kvadrat ərazini terrorçulardan azad edib və əməliyyatı başa çatdıraraq təhlükəsizliyi və sabitliyi onlarla yaşayış məntəqəsinə geri qaytarıb.


Daha əvvəl hökumət ordusunun briqada generalı bildirib ki, Suriya qoşunları İŞİD-in ən böyük qalalarından biri olan Deyr-ez-Zordan 45 kilometr şərqdəki Əl-Məyadin şəhərinə daxil olub. 

scroll top